Bakıda qayınana kürəkənini bıçaqlayıb

Bakıda qayınana kürəkənini bıçaqlayıb Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Hadisə
24 İyul , 2017 08:18
Bakıda qayınana kürəkənini bıçaqlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman ikinci həyat yoldaşının anası ilə ailə-məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi