Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda qatarın altında qalan kişi ölüb.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, Yeni Günəşli qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkən Keşlə-Biləcəri qatarının altında qalıb.
Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.