Bakıda qardaşlar yol qəzasında ağır xəsarət alıblar

Hadisə
  • 08 sentyabr, 2023
  • 21:13
Bakıda qardaşlar yol qəzasında ağır xəsarət alıblar

Bakının Nizami rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov Ramin İlqar oğlu və 1997-ci il təvəllüdlü İsmayıl İlqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı hər iki qardaşa qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə