Bakıda qardaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda qardaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
15 Oktyabr , 2016 09:00
Bakıda qardaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Faiq Xəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Xəlilovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib. 32 yaşlı Məlik Ağarəhim oğlu Xəlilov ilə 22 yaşlı qardaşı F.Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı F.Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. M.Xəlilov ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi