Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib
Hadisə
26 May , 2021 18:41
Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Mirhəbib Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, ötən il oktyabrın 14-də 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhəbib Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi