Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda 2 saylı İsintaq Təcridxanasına narkotik maddə ötürmə cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
PX əməkdaşları təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsinə əsasən həbs edilmiş şəxs İlham Gülməmməd oğlu Məmmədova qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Nəticədə “Emrooz” yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilən, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.