Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxunub

Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxunub O, 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Dekabr , 2018 16:51
Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxunub

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Son xəbərlər

Orphus sistemi