Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır Bakıda qardaşı arvadını öldürməkdə təqsirləndirilən Səbuhi Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
Hadisə
12 Sentyabr , 2020 10:14
Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşı arvadını öldürməkdə təqsirləndirilən Səbuhi Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. Onun bədənində səkkizdən çox bıçaq yarası aşkarlanıb. Cinayət L.Kərimlinin bacısının evində törədilib.

L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Onun qaynı Səbuhi Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib. 
Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər.

Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.

S.Kərimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
 

Son xəbərlər

Orphus sistemi