Yuxarı

Bakıda qardaş bacısını öldürüb, sonra özünə xəsarət yetirib

Ceyhun Qulamov polis nəzarətindədir

Bakı. 7 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda qardaş bacısını ödürüb, daha sonra özünə xəsarət yetirib.

Bu barədə "Report"a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, rayonun Şüvəlan qəsəbə sakini Ceyhun Qulamovla bir evdə yaşadığı bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib.

Hadisədən sonra C.Qulamov hər iki biləyini kəsərək özünə xəsarət yetirib. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən C.Qulamov polis nəzarətindədir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi