Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb Hadisə yataqxanada baş verib
Hadisə
23 Sentyabr , 2017 07:57
Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Hazırda hadisəni törədən şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi