Bakıda qamışlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda qamışlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB Bakıda qamışlıq ərazi yanır.
Hadisə
25 May , 2023 17:10
Bakıda qamışlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

13.49

Bakıda qamışlıq ərazi yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi