Bakıda evdə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə mayın 6-sı günorta saatlarında Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxslər Bakıxanov küçəsində yaşayan V.Qasımovanın evindən açıq qapıdan keçməklə 1 095 manat və 4 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Daha sonra V.Qasımova bu barədə polis əməkdaşlarına müraciət edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və onun həmyerlisi 1971-ci il təvəllüdlü Nigar Bəkirova müəyyən edilərək saxlanılıb.