Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkarlanıb

Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkarlanıb Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkar edilərək götürülüb.
Hadisə
10 Noyabr , 2018 13:34
Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinən, habelə lüləsi və qundağı kəsilən tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi