Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub Bakıda 40 yaşlı qadını avtomobil vurub.
Hadisə
4 Yanvar , 2020 23:16
Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bakıda 40 yaşlı qadını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən Təranə adlı qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi