Bakıda qadının pulunu oğurlayan şəxs tutuldu

Bakıda qadının pulunu oğurlayan şəxs tutuldu Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.
Hadisə
17 İyun , 2021 22:07
Bakıda qadının pulunu oğurlayan şəxs tutuldu
Seyran Kazımov
0 : 00
0 : 00

Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

"Report"un xəbərinə görə, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir, S.Kazımovun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər".

Seyran Kazımov
Seyran Kazımov

Son xəbərlər

Orphus sistemi