Bakıda qadının ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Bakıda qadının ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımov barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Oktyabr , 2019 15:42
Bakıda qadının ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımov barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəməni növbəti iclası oktybarın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 17-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Qəza nəticəsində ölən N.Şahverdiyeva iki övlad anası olub. Hadisə yerindən qaçan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qasımov Vüqar Səfərqulu oğlu tutulub.

Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqda nzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi