Bakıda qadının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayan şəxs tutulub

Bakıda qadının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Noyabr , 2014 11:46
Bakıda qadının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayan şəxs tutulub

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda başqasının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq etmiş şəxs saxlanılıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dələduzluq hadisəsi bu il iyunun 25-də saat 20:00 radələrində, metronun “Koroğlu” stansiyasının yaxınlığında olub. Həmin vaxt naməlum şəxs Bakı şəhər sakini Rəbiyyə Həsənzadənin mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb.

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində,  dələduzluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Röyal Səfərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi