Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda mənzildən 9 min manat dəyərində qızıl əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini Leyla Şahbazovaya məxsus evdən 9 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytax sakini Fərid Baxşıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.