Bakıda qadının liftdə ölümü ilə bağlı "JEK" rəisi işdən çıxarılıb

Bakıda qadının liftdə ölümü ilə bağlı "JEK" rəisi işdən çıxarılıb son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilmiş və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.
Hadisə
27 Mart , 2024 17:46
Bakıda qadının liftdə ölümü ilə bağlı JEK rəisi işdən çıxarılıb

Bakıda qadının liftdə ölümü ilə bağlı Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib.

"Report" xəbər verir ki, bu barədə “Lifttəmir” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, dünən Binəqədi rayonunda binada liftdə baş verən hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır.

Məsələ ilə əlaqədar həmçinin Bakı mənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Son xəbərlər

Orphus sistemi