Bakıda evdə oğurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 8-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs qəsəbə sakini olan qadına məxsus evdən 200 manat pul oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1998-ci il təvəllüdlü K.Zeynallı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.