Bakıda qadının başına çəkiclə vurmaqla evindən oğurluq edilib

Bakıda qadının başına çəkiclə vurmaqla evindən oğurluq edilib 84 yaşlı qadın ağır xəsarət alıb
Hadisə
17 Yanvar , 2017 10:41
Bakıda qadının başına çəkiclə vurmaqla evindən oğurluq edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda 84 yaşlı qadının başına çəkiclə vurularaq evindən oğurluq edilib.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Yavər Hüseynov küçəsindəki evlərdən birində yaşayan 1933-cü il təvəllüdlü Bulgeyiz Qafarovanın evinə daxil olub onun başına çəkiclə xəsarət yetiriblər. Evdən 2 400 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

B.Qafarova ağır xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib.

Hadisə vaxtı B.Qafarova evdə tək olub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi