Bakıda qadını vuraraq qaçan sürücü tutuldu

Bakıda qadını vuraraq qaçan sürücü tutuldu Bakıda yol-nəqliyyat hadisi olub.
Hadisə
9 Aprel , 2021 11:52
Bakıda qadını vuraraq qaçan sürücü tutuldu

Bakıda yol-nəqliyyat hadisi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-i saat 21 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini E.Hüseynova vurulub. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, paytaxt sakini T.Əlimuradov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi