Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb

Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.
Hadisə
18 Dekabr , 2019 11:10
Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb

Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.

Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi