Yuxarı

Bakıda qadını stəkanla qətlə yetirən şəxslərin məhkəmə istintaqı başa çatıb

Prokuror çıxış üçün vaxt istəyib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Daha sonra məhkəmə istintaqının yekunlaşdırıldığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər.

Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi