Bakıda qadını soyan şəxs saxlanılıb

Bakıda qadını soyan şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Avqust , 2017 13:58
Bakıda qadını soyan şəxs saxlanılıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda qadını soyan şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini Pünhanə Məmmədəliyevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Rasim Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi