Bakıda qadını şantaj edən şəxsə hökm oxunub

Bakıda qadını şantaj edən şəxsə hökm oxunub Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qadını şantaj edərək ondan pul almaqda ittiham edilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Fevral , 2018 14:24
Bakıda qadını şantaj edən şəxsə hökm oxunub

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qadını şantaj edərək ondan pul almaqda ittiham edilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında R.Quliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, R.Quliyev zərərçəkmiş qadın Sevda Qasımovanı (ad və soy ad şərtidir) şantaj edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini R.Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.

R.Quliyev zərərçəkmiş qadının sevgikisi ilə evdə gprüşdüyünü xəbər tutub və bununla da onu şantaj edib. Ümumilikdə ondan 42 min manat pul alıb. Sonuncu dəfə isə 10 min manat tələb edib. R.Quliyev razılaşdıqları 3 min dolları alarkən həbs edilib. Qadına dəymiş zərər ödənilib.

Son xəbərlər

Orphus sistemi