Yuxarı
    Bağlamaq

    Bakıda qadını qarət edən gənc tutulub

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub.

    Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

    Belə ki, Nərimanov Rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında Ağa Nemətulla küçəsində Elnurə Sadıxovanın içərisində 530 manat, bank və tibbi müayinə kartları olan pul kisəsi soyğunçuluq yolu ilə talanıb. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elton Ağaballı tutularaq istintaqa təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi