Yuxarı

​Bakıda qadını öldürən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rüfət İskəndərov və Muxtar Qədimov barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi, döngə 4, ev 16 ünvanında baş verib. Həmin ünvanda yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini M.Qədimov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Onun bu cinayəti sinif yoldaşı R.İsgəndərovla törətdiyi məlum olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham olunub.

2016-cı il fevral ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsgəndərov 19 il, M.Qədimov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi