Bakıda qadını döyərək qulağındakı sırğanı qoparıb aparan Gürcüstan vətəndaşları saxlanılıb

Bakıda qadını döyərək qulağındakı sırğanı qoparıb aparan Gürcüstan vətəndaşları saxlanılıb Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda qadını döyərək pulunu və ziynət əşyasını quldurluq yolu ilə əl keçirən Gürcüstan vətəndaşları saxlanılıb.
Hadisə
13 Avqust , 2018 13:39
Bakıda qadını döyərək qulağındakı sırğanı qoparıb aparan Gürcüstan vətəndaşları saxlanılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda qadını döyərək pulunu və ziynət əşyasını quldurluq yolu ilə əl keçirən Gürcüstan vətəndaşları saxlanılıb. 

Daxili işlər Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparmaqda şübhəli bilinən Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılıb.

İ.Todradzedən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi