Yuxarı

Bakıda qadını bıçaqlayan kişiyə hökm oxunub

İsmayıl Nağıyevin məhkəməsi başa çatıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən İsmayıl Nağıyevin məhkəməsi başa çatıb.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən porsesdə İ.Nağıyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Nağıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytının yaydığı xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Aygün Xəlilovaya bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini İsmayıl Nağıyev tutulub.

İ.Nağıyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi