Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib
Hadisə
19 Sentyabr , 2016 12:27
Bakıda qadını bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər Nailə Əsədova ilə Lalə Teymurova ifadə verib.

N.Əsədova ifadəsində bildirib ki, hadisə azmanı evin yaxınlığında olub: "Aynur xanım qanın içərisində mənə yaxılaşdı. O, Qulu ilə Kamranın onu bıçaqlayıb öldürmək istədiyini dedi".

Şahid L.Teymurova bıçaqlanan A.Teymurova ilə qohum olduğunu vurğulayıb: "Biz hadisə yerinə çatanda Aynur xanım yaralı vəziyyətdə idi. Təccili Tibbi Yardım maşınını çağırıb onu xəsətxanaya apardıq. Aynur xanım iki nəfərin evə girib onu öldürmək istədiyini bildirdi".

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra xəstəxanaya aparılan A.Teymurovanın həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.

Q.Abdullayevlə K.Cəfərzadə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi