Bakı. 25 dekabr. REPORT.AZ/ Bakı Şəhər baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində piyadaların vurulması ilə bağlı məlumat yayıb. BŞBPİ-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi (RPİ) və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 22-də saat 17 radələrində, Hövsan qəsəbəsi Q.Şabanov küçəsində qəsəbə sakini Nailə Şükürovanı avtomobillə vuraraq hadisə yerindən uzaqlaşan Hövsan qəsəbə sakini 1979-cu il təvəllüdlü Mehman Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomobil müəyyən olunaraq saxlanılıb. Dekabrın 24-də saat 19:00 radələrində, Bakı-Aeroport yolunda Sabunçu qəsəbə ərazisində Bakı şəhər sakinləri, 1970-ci il təvəllüdlü Faiq Əliyev idarə etdiyi" VAZ-21074" markalı avtomobillə 1969-cu il təvəllüdlü İntiqam Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı İ.Məmmədov dekabrın 25-də gecə saatlarında ölüb. Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.
Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb
Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Dekabr , 2014
12:10


Valeh Dadaşov
Report.az
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg
Eksklüziv xəbərlər
Rəsmi nümayəndə: "Aİ bu il Azərbaycanla enerji əməkdaşlığını dərinləşdirməyi hədəfləyir"
3 Fevral , 2025
15:29
Son xəbərlər
