Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb

Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb Onun vəziyyəti ağırdır
Hadisə
12 Dekabr , 2017 02:56
Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə təxminən 70-75 yaşlı qadın (hələlik ad-soyadı məlum deyil) Zabrat qəsəbəsində Ayxan marketin qarşısından yolun digər tərəfinə keçmək istəyən zaman qeydə alınıb. Onu "Opel" markalı avtomobil vuraraq tanınmaz hala salıb.

Sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi