Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib.
Hadisə
2 Fevral , 2023 10:19
Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu ərazisində bir nəfərin paytaxt sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi