Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxslərə hökm oxunub

Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxslərə hökm oxunub Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
22 Oktyabr , 2018 16:19
Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxslərə hökm oxunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Abbasov 8 il, S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.İsmayılzadənin 7 il 6 ay və Ş.Abbasovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Son xəbərlər

Orphus sistemi