Bakıda qadına hədə-qorxu gələrək pulunu alan şəxslərə hökm oxunub

Bakıda qadına hədə-qorxu gələrək pulunu alan şəxslərə hökm oxunub Onların hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Aprel , 2017 12:51
Bakıda qadına hədə-qorxu gələrək pulunu alan şəxslərə hökm oxunub
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə  təqsirləndirilən Orxan Sultanlı və Fəqan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Sultanlı və F. Nəcəfovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəcəfov və O.Sultanov tutulub.

Həmin şəxslərin paytaxt sakini Əfsanə Abbasovaya hədə-qorxu gələrək, onun 945 manat pulunu alıblar.

F.Nəcəfov və O.Sultanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi