Bakıda qadın başına daş parçası vurularaq öldürülüb
Hadisə
- 18 dekabr, 2024
- 07:15
Bakıda qətl hadisəsi baş verib.
Bu barədə "Report"a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
16:44
SOCAR-ın "yaşıl istiqraz"larının 4-cü faiz ödənişi edilib
Maliyyə16:43
Pentaqon rəhbəri: İran qonşularına ehtiyatsız zərbələr endirməklə böyük səhv etdi
Digər ölkələr16:38
Heqset: İranın yeni ali lideri Trampın sözlərinə qulaq asmalıdır
Digər ölkələr16:32
Tehranda fevralın sonundan ABŞ və İsrailin hücumları nəticəsində 460 nəfər ölüb
Region16:27
Heqset: ABŞ İran üzərində tam və qəti qələbəyə qədər geri çəkilməyəcək
Digər ölkələr16:24
Bəhreyn 100-dən çox İran raketinin məhv edildiyini bildirib
Digər ölkələr16:18
BƏƏ İrandan edilən raket və dron hücumlarını dəf edir
Digər ölkələr16:17
Foto
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
Daxili siyasət16:13