Yuxarı
    Bağlamaq

    ​Bakıda qadın tanışı ilə birlikdə həyat yoldaşını öldürərək doğrayıb

    Onlar meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıblar

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan bildirilib. 

    Məlumata əsasən, 40 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat araşdırılarkən məlum olub ki, onu həyat yoldaşı 39 yaşlı Lalə Mahmudova və Sədi adlı tanışı qətlə yetirib. 

    Lalə tanışı Sədi ilə birlikdə meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıblar.

    Hər iki şəxs saxlanılıb. Meyit İsmayıllıda hissələrə ayrılmış halda basdırıldığı yerdən çıxarılıb.

    Faktla bağlı araşdırma davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi