Yuxarı

Bakıda qadın həbsdəki oğluna 2 mobil telefon ötürməyə cəhd edib

Fakt üzrə araşdırma aparılır

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda yerləşən 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Belə ki, təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin 221.3 və 69.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əlisəfa Arif oğlu Qasımovun anası Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımova onun yanına qısamüddətli görüşə gəlib.

PX əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində M.Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Samsung Duos” markalı və əynindəki şalvarın cibindən 1 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatları, 3 ədəd “Cin” və 1 ədəd “Sim” danışıq kartları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi