Bakıda qadın gözəllik salonundan oğurluq etdi

Bakıda qadın gözəllik salonundan oğurluq etdi Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
Hadisə
916
10 Sentyabr , 2020 12:12
Bakıda qadın gözəllik salonundan oğurluq etdi

Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi