Yuxarı
    Bağlamaq

    Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib - SİYAHI

    Araşdırma aparılır

    Bakı. 11 aprel. REPORT.AZ/ Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib.

    “Report”un xəbərinə görə, həmin şəxslər hüquq-mühafizə orqanlarına şikayət edib.

    Belə ki, Binəqədi rayonunda Bakı şəhər sakini 1980-ci il təvəllüdlü S.Nəsirova işə düzəltmək adı ilə 1965-ci il təvəllüdlü Quliyev Ramizdən 4 min manat, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədovdan 1 500 manat, 1989-cu il təvəllüdlü Alı Əmirovdan 1 275 manat, 1986-cı il təvəllüdlü Ədalət Hüseynovdan 6 456 manat, 1977-ci il təvəllüdlü Hüseyn Həsənlidən 1 200 manat, 1985-ci il təvəllüdlü Bəxtiyar Axundovdan 800 manat, 1993-cü il təvəllüdlü Cəmil Nəbiyevdən 1 200 manat pul alıb.

    Hazırda qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi