Bakıda pula görə tanışını öldürən keçmiş məhkumun apellyasiya şikayəti təmin edilməyib

Bakıda pula görə tanışını öldürən keçmiş məhkumun apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
13 Mart , 2019 18:46
Bakıda pula görə tanışını öldürən keçmiş məhkumun apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Əsgərovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.

Bakı şəhər sakini K.Əsgərov münaqişə zəmnində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəyə səbəb pul üstündə mübahisə olub.

Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi