Bakıda pula görə iş yoldaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub

Bakıda pula görə iş yoldaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub Ceyhun Mustafayev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
8 May , 2017 12:21
Bakıda pula görə iş yoldaşını bıçaqlayan keçmiş məhkuma hökm oxunub

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pula görə iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Ceyhun Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Mustafayev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsu ötən il Binəqədi rayonunda olan taxta sexində baş verib. C.Mustafayevin atasına məxsus olan sexdə işləyən şəxsin ona borcu olub. Pulunu istəyən C.Mustafayevlə həmin şəxs arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşına bıçaqla zərbə vurub. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

C.Mustafayev bir müddət istintaqdan yayınsa da, sonda polis əməkdaşları tərəfindən həbs edilib.

Xatırladaq ki, C.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi