Yuxarı

​Bakıda psixoloqun evindən 170 min dollar oğurlanıb

Hadisəni törətmiş 20 yaşlı şəxs saxlanılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi