Yuxarı

Bakıda prokurorluq işçisi qəzaya düşüb - FOTOLAR

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonu, Yusif Səfərov küçəsi-35 ünvanında avtomobil qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə zamanı eyni istiqamətlə hərəkət edən iki "BMW" markalı avtomobil toqquşub. Belə ki, sürücülərdən biri - Orxan Əhmədov idarəetməni itirib və onun səhlənkarlığı səbəbindən idarə etdiyi "BMW" markalı maşın əvvəlcə qarşıda hərəkət edən digər sürücü - Cavid Əliyevə məxsus eyni markalı maşının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən hadisəni törədən avtomobil əks yola çıxıb və nəqliyyat vasitəsi səkiyə çırpılaraq dayanıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı arxadan vurulan "BMW" markalı avtomobilin sahibi Cavid Əliyevin prokurorluq orqanlarında çalışır. Hadisədən sonra onun avtomobilinin dövlət qeydiyyat nişanlarının açıldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi