Bakıda prokuror müavini cəzalandırılıb

Bakıda prokuror müavini cəzalandırılıb Ona işində yol verdiyi qanun pozuntularına görə töhmət elan olunub
Hadisə
1 Dekabr , 2014 10:14
Bakıda prokuror müavini cəzalandırılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakının Nizami Rayon Prokurorunun müavini Mehman Xankişiyev işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Xankişiyevə istintaq araşdırmaları zamanı etdiyi qanun pozuntularına görə töhmət elan olunub.  

Qeyd edək ki, M.Xankişiyev Nizami Rayon Prokurorunun müavini təyin olunana qədər Abşeron Rayon Prokurorluğunda müstəntiq və Bakı şəhər Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi Üzrə Şöbəsinin prokuroru vəzifəsində işləyib.

Onun atası Nizami Xankişiyev isə uzun illər Bakının müxtəlif instansiya məhkəmələrində hakim işləyib. 

Son xəbərlər

Orphus sistemi