Bakıda polisin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edilib

Bakıda polisin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edilib Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.
Hadisə
226
19 Mart , 2022 14:34
Bakıda polisin əmrinə tabe olmayan Range-Roverin sürücüsü həbs edilib

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polisin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib.

Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq polis şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi