Bakıda polisə işə düzəltmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs edilib

Bakıda polisə işə düzəltmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs edilib Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
13 Aprel , 2017 12:43
Bakıda polisə işə düzəltmək adı ilə dələduzluq edən qadın məhkəmə zalında həbs edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məhparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Kazımov 7 il müddətində azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, M.Kazımova Bakı şəhər sakini Bahar adlı şəxsin qardaşını polisə düzəldəcəyini deyərək, ondan 38 min manat pul alıb, lakin vədinə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dəkəduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi