Yuxarı
    Bağlamaq

    Bakıda polis tapança satmaq istəyən şəxsi tutub

    DİN vətəndaşlara müraciət edib© DİN

    Bakı. 18 iyul. REPORT.AZ/ Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə bir nəfər naməlum şəxsin metronun Qara Qarayev stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

    Bölmədə həmin şəxsi şəxsiyyəti məlum olub. O, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkar edilərək götürülüb. Material Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

    Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

    Saxlanılan şəxsin üzərindən aşkar edilən tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədi ilə həmin silah ballistik ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi