Yuxarı

Bakıda polis qardaşını öldürən gəncin məhkəməsində şahid dindirilib

Bakıda polis qardaşını öldürən gəncin məhkəməsində şahid dindirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və mərhumun qonşusu Vaqif Kazımov ifadə verib.

O bildirib ki, hər iki şəxs daim çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib: "Yatsam da yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq".

Hakim bildirib ki, Ə.Əliyevin digər qardaşı, şahid Fərhad Əliyev məhkəməyə gəlməyib. Növbəti iclasda onun ifadə verəcəyi gözlənilir.

Növbəti poses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.

Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi